Bakı metropoliteninə üç il ərzində 13 yeni qatar və ya 65 vaqon gətirilməlidir.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov qeyd edib ki, bu il ərzində Bakı metropoliteninə bu qatarların əksəriyyətinin, yəni 7 qatarın gətiriləcəyi barədə daha öncə məlumat verilmişdi:
“2 qatar artıq Bakıya çatdırılıb. Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat da veriləcək. Qatarlar bir qayda olaraq iki-iki gətirilir. 2 qatarda tənzimləmə sınaq işlərinə müvafiq sənədləşmə prosedurların başa çatdıqdan sonra başlanılacaq. İctimaiyyətə bununla bağlı əlavə məlumatlar da təqdim olunacaq”.