YAP hərəkətə keçdi
19:29 25-06-2013
İQTİSADİYYAT
YAP hərəkətə keçdi
Seçkilərə hazırlıq başladı
Prezident seçkilərinə az bir vaxt qalsada hələ ki, ciddi bir tərpəniş müşahidə olunmur. Düzdür, müxalifət düşərgəsində artıq Milli Şura təsis edilib və vahid namizəd müəyyənləşdirmək üçün müzakirələr aparılır. Ekspertlər hesab edir ki, bu problem həll olunmayana qədər müxalifətin daha da aktivləşməsini gözləməyə dəyməz.
Çünki namizədin kimliyi məlum olandan sonra seçki qərargahı yaradılacaq və bundan sonra rəsmi şəkildə təbliğat kompaniyasına start veriləcək. Çox maraqlıdır ki, Milli Şuradan kənarda prezidentliyə namizəd olacağını bəyan edən digər müxalifət liderləri də nədənsə gözləmə mövqeyindədir. Hələ ki, rəsmən seçkilərə qatılacağını elan edən şəxs Ümid partiyasının sədri İqbal Ağazadədir. İqbal Ağazadə də ilk anlarda aktivlik göstərsədə sonradan hansısa səbəblərdən passivləşdi. Həmçinin bitərəf olaraq namizədliyini verəcək şəxslərdə gözləmə mövqeyindədir. Demək olar ki, belə bir sakitçilik hakim düşərgədə də müşahidə olunur. Düzdür, Yeni Azərbaycan Partiyasının qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü.Amma bundan sonra növbəti addımların şahidi olmadıq . Ən azından bunun davamı olaraq seçki qərargahı yaradılmalı və iş qrafiki cəmiyyətə bəyan edilməli idi. Hələ ki, bunun şahidi olmuruq. Amma YAP rəsmilərinin sözlərinə görə artıq növbəti mərhələyə keçid edilir. Yeni Azərbaycan Partiyasının (YAP) yerli strukturları qarşıdan gələn prezident seçkiləri ilə bağlı səfərbər edilib.Bu barədə YAP sədrinin müavini-icra katibi, deputat Əli Əhmədov bildirib.Ə. Əhmədov qeyd edib ki, seçki ilə bağlı mesajların müəyyənləşdirilməsi, seçki proqramı və əsas hədəflərlə bağlı mesajların seçicilərə çatdırılması ilə bağlı işlər gedir: “Güman edirəm ki, YAP-ın apardığı geniş miqyaslı hazırlıq işləri bütövlükdə seçki kampaniyasının uğurla aparılmasını təmin edə biləcək. Partiya namizədini müəyyənləşdirib və yeganə namizədi İlham Əliyev ilə seçkilərə gedəcək. Bu, eyni zamanda xalqın tələbidir, buna görə YAP özünün böyük resursları ilə seçkiyə gedir”. Müşahidəçilər hesab edir ki, YAP-in bu gün tutduğu bu passiv mövqe əslində siyasi bir gedişdir. Yəni təbliğat kompaniyasına çox gec başlamaqla cəmiyyətdə süni aktivliyin yaranmasına imkan vermirlər. Bunu da qeyd edək ki, YAP-in kifayət qədər ciddi strukturları var və seçkilərə az bir vaxt qalanda lazımi təşkilatı işləri görə biləcəklər. Bundan başqa analitiklər hesab edir ki, YAP belə bir varianta üstünlük verməklə həm də müxalifətin atacağı addımı müşahidə edirlər. Yəni Milli Şuranın vahid namizədi müəyyənləşəndən sonra əsas rəqibin kimliyi məlum olacaq və buna uyğunda təbliğat kompaniyası qurulacaq. Bunu da qeyd edək ki, Milli Şurada yaxın günlərdə vahid namizəd problemini həll etməyə çalışacaq. Amma bunu da qeyd edək ki, hazırda Milli Şuranın atacağı addımlarla yanaşı Müsavat partiyası İsa Qəmbərin seçki qərargahını yaradıb və artıq İsa Qəmbərlə seçicilərin bir görüşüdə təşkil olunub.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53