Bu gün Şamaxıda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya xəsarət yetirməkdə və 45 yaşlı Əliağa Hüseynovu öldürməkdə şübhəli bilinən Elbrus Şeydayevlə bağlı yeni detallar məlum olub.
"Unikal" xəbər verir ki, mərhumun anası İTV-yə bildirib ki, E.Şeydayev hər gün arvadını döyürmüş:
"Bıçağı hər gün qızın boğazına dirəyirdi. Mesajları da var, deyir ki, səni də, ata və ananı da öldürəcəyəm. Oğlana dedim ki, istəmirsənsə, boşan. Oğlum qızına sahib çıxdı deyə kürəkəni onu öldürdü".