Tacikistan Üləmalar Şurasının sədri (Baş Müfti) Səidmukarram Abdulkodirzodaya deşici əşya ilə hücum etdiyi üçün saxlanılan şəxsi 7 ilə qədər həbs cəzası gözləir.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib:
“Faktla bağlı Cinayət Məcəlləsinin 237-ci (“xuliqanlıq”) maddəsi ilə cinayət işi başlanıb".
Məcəllənin hazırkı redaksiyasına görə, 237-ci maddədə silahdan istifadə etməklə törədilən xuliqanlığa görə maksimum 7 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.