ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupuna və onun baş direktoru Dmitri Kiselyova, həmçinin “TV-Novosti” və “Avrasiya” QHT-sinə qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında deyilir.
ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupu və "TV-Novosti" ilə əməliyyatları noyabrın 13-nədək başa çatdırmaq üçün son tarix qoyub.
“Avrasiya” QHT-nin direktoru Nelli Parutenkoya da məhdudiyyətlər qoyulub.