Bolqarıstanda 103 ildən sonra ilk dəfə vəba aşkarlanıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, xəstəliyi ölkəyə avqustun 23-dən avqustun 2-dək Yeni Dehlidə yaşayan 23 yaşlı Hindistan vətəndaşı gətirib. Gəncdə vəba simptomları sentyabrın 3-də ortaya çıxıb. O, həkimlərin nəzarəti altındadır. Xəstənin ümumi vəziyyətinin yaxşı olduğu qeyd edilir. Hindistanlı qadınla yaşayan kişi karantinə alınıb, lakin onun testləri mənfi çıxıb.
Bolqarıstanda sonuncu vəba epidemiyası 1914-1918-ci illər arasında baş verib.