Bu gün Misli Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

"Unikal" xəbər verir ki, Şamaxı stadionunda şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək.

Görüş saat 16:30-da başlayacaq.

Günün növbəti matçı isə "Azərsun Arena"da reallaşacaq. Son ölkə çempionu "Qarabağ" "Səbail"i sınağa çəkəcək.

Qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.

Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" doğma divarlar arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.Tura sabah baş tutacaq "Zirə" - "Neftçi", "Sabah" - "Turan Tovuz" oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası

VI tur

14 sentyabr

16:30. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Azərsun Arena”