Gəncədə 18 yaşlı qadının bıçaqlanmasının təfərrüatları məlum olub.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, şəhər sakini A.Əmiraslanovanı bıçaqlayan M.Ə. onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.

Belə ki, hadisə şəhərin “Qaraçılar məhəlləsi” kimi tanınan ərazisində baş verib. Orada yaşayan A. Əmiraslanova və 2009-cu il təvəllüdlü M.Ə. qeyri-rəsmi nikahda olub. Sonra A.Əmiraslanova sevgilisindən ayrılaraq başqa şəxslə ailə həyatı qurub. M.Ə.-nin onu başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir.

***

09:48

Gəncədə gənc qadın bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Belə ki, şəhər sakini 18 yaşlı Aygün Əmiraslanova bıçaq xəsarəti ilə xəstəxanaya yerlışdirilib. Qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, gənc qadını keçmiş  həyat yoldaşı bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşırının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov