Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.

Mükafatı P.Bülbüloğluna Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun çərçivəsində Rusiya Federasiyasının Baş nazirinin müavini Tatyana Qolikova təqdim edib.

Qeyd edək ki, Ermitaj Mükafatı forumun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib.

Hər il Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə Ermitaj Mükafatının verilməsi planlaşdırılır.