Sabah Yerə güclü maqnit qasırğası yaxınlaşacaq.
"Unikal" xəbər verir ki, maqnit qasırğalarının səviyyəsi G3-ə çatacaq.
Növbəti maqnit qasırğalarının səbəbi sentyabrın 14-də baş verən güclü günəş partlayışı olub. Alimlər sentyabrın 16-da güclü maqnit qasırğasının baş vermə ehtimalını 30%, sentyabrın 17-də isə 35% qiymətləndirirlər. Maqnitosfer yalnız çərşənbə axşamı günortadan sonra yenidən sakitləşəcək.