Mərkəzi və Şərqi Avropanı vuran “Boris” qasırğası nəticəsində azı 6 nəfər ölüb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Rumıniyada ən azı dörd nəfər təbii fəlakətin qurbanı olub, Polşanın bir sakini Nisa çayında boğulub. Avstriyada xilasetmə əməliyyatı zamanı yanğınsöndürən ölüb.
Qeyd olunur ki, Avropanın müxtəlif şəhərlərində yerli hakimiyyət bəndlərin möhkəmləndirilməsi üçün tədbirlər görür. Bəzi yaşayış məntəqələri işıqsız qalıb.