Yeni tədris ilinin başlaması ilə əlaqədar sabahdan Bakı və Sumqayıt şəhərləri arasında qatar reyslərinin sayı artırılır.

"Unikal" xəbər verir ki, bu barədə ADY-nin mətbuat xidmətindən bildirilib.

Yeni cədvələ əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-dək, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə 36-dan 42-dək artırılacaq.