ABŞ-nin sabiq prezidenti Donald Tramp ona qarşı ikinci sui-qəsd cəhdindən sonra ilk açıqlamasını verib. 

"Unikal" xəbər verir ki, Tramp sisoal şəbəkə hesabında yazıb: 

"Yaxınlığımda atəş açıldı, lakin söz-söhbətlər nəzarətdən çıxmazdan əvvəl bunu eşitməyinizi istəyirəm:

Mən təhlükəsizlikdəyəm və hər şey yaxşıdır.  Məni heç nə dayandıra bilməz. Heç vaxt təslim olmayacağam! Məni dəstəklədiyiniz üçün sizi həmişə sevəcəyəm.

Birlik. Sülh. Gəlin, Amerikanı yenidən möhtəşəm edək".