Müxaliflər ABŞ-a gedir
19:31 25-06-2013
İQTİSADİYYAT
Müxaliflər ABŞ-a gedir
Bu səfər siyasi blefdir
Milli Şurada təmsil olunan müxalifət liderlərinin ABŞ səfərinin vaxtı açıqlanıb. Bu barədə Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev Amerika səfərinin iyulun 10-a planlaşdırıldığını bildirib.Z.Quliyevin sözlərinə görə, müxalifət liderləri Birləşmiş Ştatlara səfər çərçivəsində Konqresdə görüşlər keçirəcəklər.
“ABŞ səfərinin vaxtı təxminən iyulun 10-a planlaşdırılır. Səfərdə Milli Şura sədri Rüstəm İbrahimbəyov və Milli Şurada təmsil olunan partiya rəhbərləri iştirak edəcəklər. Səfər ABŞ tərəfinin dəvəti ilə baş tutacaq. Orada Konqresdə görüşlər keçiriləcək”-deyə Milli Şura üzvü vurğulayıb.Qeyd edək ki, Milli Şura üzvlərinin ABŞ-a planlaşdırılan səfərində Milli Şura sədri Rüstəm İbrahimbəyov, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov və sabiq spiker ACP lideri Rəsul Quliyevin iştirak edəcəyi gözlənilir.Maraqlıdır, bu görüşlər hansı nəticələr yarada bilər? Ekspertlər ümumiyyətlə bu görüşü bir neçə rakursdan şərh edirlər. İlk növbədə hesab edilir ki, Rüstəm İbrahimbəyov qorxduğu üçün hələ də ölkəyə gələ bilmir. Bu səbəbdən liderlər ABŞ,-a gedir və Rüstəm İbrahimbəyovla bir yerdə qayıdırlar. Həmçinin ABŞ-dan bir sıra mətbu orqanların əməkdaşlarının da onlarla bir yerdə Azərbaycana gələcəyi gözlənilir.Ekspertlər ikinci səbəb kimi bunu göstərirlər ki, belə bir səfər yaratmaqla ajiotaj təşkil edilir və nəticədə cəmiyyətdə belə rəy yaradılır ki, güya ABŞ müxalifəti dəstəkləyir. Əslində isə bu sadəcə olaraq bir siyasi təbliğat metodu ola bilər. Müşahidəçilər hesab edir ki, sözsüz ki, ABŞ-da onlar bir sıra görüşlərdə keçirə bilərlər və hazırda ABŞ-da olan Rəsul Quliyevlə, Rüstəm İbrahimbəyov bu istiqamətdə işlər görürlər. Amma bu görüşlər ABŞ hakimiyyəti ilə Azərbaycan müxalifətinin görüşü kimi xarakterizə oluna bilinməz. Bunu da qeyd edək ki, bu görüşdə AXCP sədri Əli Kərimli iştirak etməyəcək. Bu isə sabah hansısa problemlərin yaranması ilə müşahidə oluna bilər. Nəhayət ekspertlər hesab edir ki, liderlərin ABŞ-a getməsinin başqa bir səbəbi də budur ki, onlar birlikdə vahid namizəd məsələsini həll edir və geri qayıdanda artıq vahid namizəd problemi həll olunmuş olacaq. Ekspertlər bunu da bildirir ki, əslində ABŞ-a belə bir səfərin təşkil olunması həm də ictimai rəyi çaşdırmağa yönəlib. Artıq hamıya bəllidir ki, Milli Şura məhz Rusiyanın projesidir və buna görə də bu təşkilata münasibət yaxşı deyil. Belə olduğu üçün də ABŞ-a səfər təşkil edilir və belə rəy yaradılır ki güya Milli Şuraya Rusiya ilə yanaşı ABŞ-da dəstək verir. Yəni belə bir addım atmaqla əslində Rusiya damğasını üzərlərindən götürməyə cəhd edirlər. Amma reallıq budur ki, hazırda ABŞ Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda daha maraqlıdır və bunu açıq şəkildə də nümayiş etdirirlər. Bundan başqa prezident İlham Əliyevin bu günlərdə Avropaya səfər etməsi və müsbət nəticələr əldə etməsi də müxalifəti vurnuxmaya salıb və belə bir səfər təşkil etməklə ictimai rəydə nüfuzlarını qorumağa çalışırlar.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53