Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək qəza edib.

Nəticədə avtomobildə olan sərnişin Elbəyi Həsənov vəfat edib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

Qeyd edək ki, E.Həsənov polis zabiti olub və Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində işləyib.

O, ailəli olub.

Faktla bağlı araşdırma aparılır.