Mersinin Bozyazı rayonunda Selçuk Universitetinin keçmiş professoru Prof. Dr. Səlahəddin Doludeniz zibillikdə meyiti tapılıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında Bozyazı rayonunun Ustalar məhəlləsindəki zibilliyə gedən bələdiyyə işçiləri plastik çəlləkdə əlləri və ayaqları bağlanmış çılpaq kişi meyiti tapıblar. Xəbər üzərinə hadisə yerinə jandarma və polis qrupları sövq edilib. İlkin müayinədən sonra çürüməyə başladığı ortaya çıxan meyit Mersin Ədliyyə Tibb Qurumunun meyitxanasına aparılıb.
Tibbi-ekspertiza zamanı meyitin Selçuk Universitetinin təqaüdçü professoru Prof. Dr. Səlahəddin Doludənizə aid olduğu müəyyən edilib. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
Gülayə Mecid