Böyük Britaniyanın baş naziri Keir Starmer xərclərin bəyan edilməsi qaydalarını pozub.
"Unikal" xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, siyasətçi hesabatda həyat yoldaşı Viktoriya Starmerə paltar almaq üçün xərc çəkdiyini göstərməyib. Arvadın alış-verişi üçün pul maliyyə donorundan - Asos onlayn moda mağazasının keçmiş rəhbəri, Əmək Partiyasından olan Lord Vahid Allidən istifadə edilib.
Starmerin ofisi detalları dəqiqləşdirmək üçün hökumətlə əlaqə saxlayıb. Baş nazir xərclərin bəyan edilməsi qaydalarını rəsmən pozarsa, onu istintaq və hətta vəzifəsindən kənarlaşdırılma gözləyir.
Ümumilikdə Starmer həyat yoldaşının alış-verişi və şəxsi ehtiyacları üçün 38 min funt sterlinqdən (təxminən 491 400 AZN) çox xərcləyib. Alli bu vəsaiti bir neçə eynək, paltar və baş nazirin “şəxsi kabineti” üçün ayırıb.
Böyük Britaniyada məmurlardan bütün xərclərini bəyan etmələri tələb olunur. Xərclərə hədiyyələr və əmlak daxildir. Maliyyə donorlarından alınan pullar da xərc kimi təqdim edilməlidir.
Gülayə Mecid