Avstraliya əsilli Amerika biznes maqnatı, investor və media sahibi Rupert Merdok övladlarını mirasından məhrum etmək üçün məhkəməyə müraciət edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məşhur televiziya serialı "Succession"a da ilham verən Merdok ailəsindəki taxt uğrunda mübarizə uzun müddətdir gündəmdədir. Rupert Merdoka məxsus qlobal media nəhəngi "News Corp"da taxt uğrunda mübarizə məhkəməyə verilib. "Fox News" və "Wall Street Journal"da böyük paya sahib olan ailə şirkətinin müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı 93 yaşlı Merdokun təşəbbüsü bütün dünyada yaxından izlənilir.
Belə ki, Merdok ölümündən sonra böyük oğlu Lachlan Murdokun media şirkətinə nəzarət etməsini istəyir. Onun tələbi ilə bağlı qərar bu gün Nevada ştatında bağlı qapılar arxasında başlayan məhkəmədə veriləcək.
Merdokun ailə müəssisəsi 1999-cu ildə Rupert Merdok ikinci arvadı Anna ilə boşandığı zaman yaradılıb. Bu şirkətin razılaşmasına görə, Merdokun ölümündən sonra səs hüququnu təmin edən səhmlər onun dörd övladı Prudens, Elisabeth, Lachlan və James arasında bölünəcək.
Bildirilir ki, Rupert Merdok mühafizəkar olan böyük oğlu Lachlan istisna olmaqla, daha üç siyasi cəhətdən mötədil övladını şirkət rəhbərliyindən uzaqlaşdırmaq məqsədi daşıyır.
Mütərəqqi qruplara verdiyi ianələrlə tanınan Ceyms Merdok redaksiya məsələlərində fikir ayrılıqlarına görə "News Corp"un direktorlar şurasından istefa verib.
Gülayə Mecid