COP29-un uğurla keçirilməsi üçün ABŞ Azərbaycana dəstək göstərir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.
Dövlət katibi Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.
Prezident İlham Əliyev bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.