“Şəki” heyətini yeni basketbolçu ilə gücləndirib.
"Unikal" xəbər verir ki, komanda Aleks Koldvelli transfer edib.
Oyun qurucusu (point guard) mövqeyində çıxış edən 24 yaşlı basketbolçu ötən mövsümdə Albaniyanın "Beselidya" klubu ilə çempion olub. Amerikalı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Koldvell Albaniya çempionatında orta hesabla 21,2 dəqiqə meydanda olub və 11,2 xal toplayıb.
Qeyd edək ki, "Şəki" bundan əvvəl baş məşqçi Bedri Meriç və məşqçi Vüqar Musayev, eləcə də basketbolçular Kris Barton, Karl Conzu, Ərcan Donat və Əbdülmətin Quliyevlə razılıq əldə edib.