Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Hüseyn oğlu Əhmədovun son yaş həddi çatdığı üçün icraatına yeni işlər verilmir.
"Unikal"ın əldə etdiyi məlumata görə, icraatında işləri tamamladıqdan sonra Həsən Əhmədov yaş həddi ilə əlaqədər təqaüdə göndəriləcək.
Həsən Əhmədov 2000-ci ildən 2008-ci ilə kimi Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin, 2008-ci ildən isə Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyir.
Onu da bildirək ki, bu ilin avqust ayında Həsən Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə çıxardığı bəraət hökmünü dəyişərək Vüqar Məhərrəmova 5 il 6 ay həbs cəzası verib.
Xatırladaq ki, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.
Seymur Əli