Bakıda içərisində xeyli miqdarda pul olan çanta oğurlanıb.

"Unikal" DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 16-da rayon ərazisində bir nəfərin içərisində 14900 manat pulu olan çantasını oğurlamaqda şübhəli bilinən R.Aslanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.