Sentyabr ayı ərzində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən müxtəlif hüquqpozmalara qarşı həyata keçirilən tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində isə 5 nəfər tutularaq istintaqa təqdim edilib.

Onlardan 5 kiloqramdan artıq metamfetamin və marixuana aşkarlanıb. Əməliyyat yolu ilə 1 nəfərdən “Makarov” markalı tapança aşkarlanıb, profilaktik tədbirlər nəticəsində vətəndaşlar tərəfindən müvafiq sənədləri olmayan 4 tüfəng təhvil verilib.

Mülki öhdəlikləri yerinə yetirməyən 29 şəxs müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. 14 inzibati icraat üzrə talama hadisələri törədən şəxslər barəsində isə tədbirlər görülüb.