2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura start verilib.

"Unikal" xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin ilk iki oyununda "Yuventus" (İtaliya) evdə PSV-ni (Niderland) 3:1, "Aston Villa" (İngiltərə) isə səfərdə "Yanq Boys"u (İsveçrə) 3:0 hesabı ilə məğlub edib.

Azarkeşlər saat 23:00-da başlayacaq daha 4 qarşılaşmanın şahidi olacaqlar.