Bakının mərkəzində, "Tarqovı" kimi tanınan ərazidə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, hadisə Nəsimi rayonu, Rəsul Rza küçəsində qeydə alınıb.

Bildirilib ki, tüstü borusunda alışma baş verib. Yanğın qısa müddət ərzində söndürülüb.