“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Klubdan "Unikal"a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi ötən mövsümü Türkiyənin "Kocaelispor" klubunda keçirmiş gürcüstanlı futbolçu Giorgi Karaişvili ilə "1+2" illik müqavilə imzalayıb.

28 yaşlı yarımmüdafiəçi yeni komandasında 12 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias və Miloş Miloviçin keçidini reallaşdırıb.