Türkiyə təmsilçisi "Fənərbağça"nın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Semih Şəntürk vəzifəsindən ayrılıb.
"Unikal" xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssis özü sosial şəbəkə hesabında bildirib.
O, 2023-cü ildən bu yana "sarı-lacıvərdlilər"in U-19 komandasını çalışdırırdı.
Qeyd edək ki, S.Şəntürk futbolçu kimi 2001-2013-cü illər aralığında "Fənərbağça"da çıxış edib və bu müddət ərzində meydana çıxdığı 205 matçda 56 qol vurub.