ABŞ-nin vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris gələn həftə Vaşinqtonda Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr vurğulayır ki, Ukrayna lideri ştatlara səfəri zamanı Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyündə israr edəcək.
Bundan əlavə, Zelenski iqtisadiyyat və təhlükəsizliklə bağlı sazişlər bağlayacaq, həmçinin Qələbə Planı çərçivəsində Ukrayna Silahlı Qüvvələri üçün silah təchizatını müzakirə edəcək.
O, həmçinin planlarını keçmiş prezident və Harrisin seçkidəki rəqibi Donald Trampla da bölüşəcək.
Gülayə Mecid