İran prezidenti Məsud Pezeşkian sentyabrın 21-də qeyd olunan Müstəqillik Günü münasibətilə Ermənistanın hakimiyyət və xalqına təbrik ünvanlayıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Pezeşkian Ermənistan prezidenti Vaaqn Xaçaturyana ünvanladığı müraciətdə iki qonşu və dost dövlət arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib, hər iki xalqın maraqlarının qorunması üçün müxtəlif sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.
Baş nazir Nikol Paşinyana müraciət edən Pezeşkian qeyd edib ki, İran Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. O, bundan sonra iki ölkə arasında münasibətlərin mehriban qonşuluq ruhunda inkişaf etdiyini vurğulayıb.
İran prezidenti İrəvan ilə Tehran arasında möhkəm və sabit əlaqələrdən məmnunluğunu bildirib, onların müsbət dinamikasını və gələcək tərəqqiyə doğru meylini qeyd edib.