"İpək yolu"nda 3 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, iki "Mercedes" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində yolda hərəkət tıxaca səbəb olub. Qəza nəticəsində "Chevrolet" yolun digər hərəkət zolağındakı  işıq dirəyinə çırpılıb. 

Hadisə nəticəsində ölən və yaralanan yoxdur.  

Gülayə Mecid