Göygöl rayonunda fərdi yaşayış evi yanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Firuzabad kəndində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 300 kv metr olan iki mərtəbəli fərdi yaşayış evində anidən yanğın olub.
Hadisə yerinə FHN yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəıb olunub. Yanğın zamanı ev 150 kv metri əşyaları ilə birlikdə yanıb. Yanğın söndürülüb,evin qalan hissəsi yanğından mühafizə edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov