Ermənilərin qorxduğu fond
21:11 26-06-2013
İQTİSADİYYAT
Ermənilərin qorxduğu fond
Heydər Əliyev Fondu hədəfdədir
“Heydər Əliyev Fondu bizə imkan vermir”. Bu sözlər erməni diasporunun Moskva şəhəri üzrə rəhbərinə aiddir. Ermənistanın populyar sayılan “Şant” telekanalı hər gün saat 22:00-da xəbərlər proqramını Moskva, Los-Anceles, Beyrut, Yerevan şəhərlərindən birbaşa canlı yayımla başlayır. Xəbərlər proqramlarının birində böyük şəhərlərdə fəaliyyət göstərən erməni diasporları haqqında söhbət gedirdi.
Müzakirənin gedişatından məlum oldu ki, Moskvadakı erməni diasporundan başqa bütün şəhərlərdə erməni diasporlarının işləri qənaətbəxşdir. Yerevan studiyasının rəhbəri Nver Mnamcakanyan (hal-hazırda Ermənistanın İctimai Televiziyasının aparıcısıdır) Moskva studiyasında əyləşən diaspor rəhbərinə onların fəaliyyətinin zəif olmasının səbəblərini soruşdu. Cavab isə belə oldu: “İşlərimiz ona görə lazımi səviyyədə deyil ki, Azərbaycanın Heydər Əliyev Fondu bizə imkan vermir. Fondun rəhbəri Mehriban Əliyevanın dəstəyi ilə Moskvanın bütün mağaza və kiosklarında, kitabxana və mədəniyyət mərkəzlərində Azərbaycanı təbliğ edən bukletlər, jurnallar və.s təbliğat vəsaitləri bizimkindən qat-qat üstündür. Təbii ki, belə olan halda Azərbaycan diasporu daha güclüdür”.Müşahidəçilər bildirir ki, həqiqətən də bu gün Heydər Əliyev Fondu ciddi sistem yarada bilib və bu gün Azərbaycanın xaricdə ən ciddi şəkildə lobbiçiliyini həyata keçirir. Məhz Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı dünyaya tanıdıldı və bir neçə ölkə rəsmi şəkildə Xocalı faciəsini soyqırım olaraq qəbul edib. Bundan başqa hər zaman erməni lobbisi ABŞ-da ciddi nüfuza sahib idi və zaman-zaman istər Türkiyəyə, istərsə də Azərbaycana ağır zərbələr vura bilirdilər. Amma Heydər Əliyev Fondunun ABŞ-da da aktivləşməsindən sonra erməni lobbisi zəifləməyə başladı. Tək bunu qeyd edək ki, erməni lobbisinin tüqyan etdiyi ABŞ-da artıq 3 ştat Xocalı soyqırımını qəbul edib. Ekspertlər hesab edir ki, Heydər Əliyev Fondunun mənəvi dəyərlərə layiqli yanaşması, mədəniyyətlərin inkişafı xətti tutması səbəbindən Azərbaycanı lazımi qədər təbliğ edə bilir. Bunu da qeyd edək ki, Heydər Əliyev Fondu Avropada da bir sıra mədəni aksiyalara imza atıb və rəğbətlə qəbul olunub. Xatırladaq ki, məhz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Romada belə bir neçə tarixi abidə bərpa edilib. Ekspertlər hesab edir ki, məhz bu addımlar erməni lobbisini ciddi şəkildə narahat etməyə başlayıb. Çünki hər zaman erməni lobbisi qondarma erməni “soyqırım”ını əldə bayraq tutaraq nələrəsə nail ola bilirdilər. Amma bu gün Heydər Əliyev Fondunun Xocalı soyqırımını ictimailəşdirə bilməsinə görə erməni lobbisi artıq arqumentsiz qalıb. Müşahidəçilər hesab edir ki, Heydər Əliyev Fondunun xarici siyasətə yanaşdığı həssaslıq səbəbindən bu proseslər daha da effektli olacaq. Bunu da yada salaq ki, Heydər Əliyev Fondunun artıq ölkə kənarında da filialları yaranmağa başlayıb və bunların sırasında Rusiyadakı filialı xüsusi ilə qeyd etmək olar. Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya filialı bir tərəfdən Rusiyadakı azərbaycanlı diasporlarını bir araya gətirirsə, digər tərəfdən də erməni lobbisinin imkanlarını minimuma salır.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53