Xəbər verdiyimiz kimi, Şirvandakı N saylı hərbi hissənin zabiti odlu silahdan açılan atəşlə həlak olub.
"Unikal" vəfat edən 23 yaşlı leytenantın fotosunu təqdim edir:
***
Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.