Gəncədə mənzildə partlayış baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə şəhərin "Pasyolka" adlanan ərazisində qeydə alınıb. Belə ki, 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində parlayış olub. Bir nəfərin xəsarət aldığı bildirilir. 

Partlayış zamanı binanın qarşısında olan iki avtomobilə də ziyan dəyib.

Partayışın bəzi təfərrüatları məlum olub. Belə ki, şəhərin Nəriman Nərimanov bina 4 mənzil 47 də yaşayan 84 yaşlı Pavlina Orucova yaşadığı evin qazını açıq qoyub. Yaşlı qadın evin işıqını yandıran zaman partlayış olub. Hadisə zamanı 84 yaşlı qadın yüngün xəsarət alıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. 

Tural Əhmədov