Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, "Qazel" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və maşın yol kənarına çırpılıb. Hadisə nəticəsində yük maşınına ziyan dəyib.

Qeyd edək ki, qəzaya səbəb yolun sürüşkən olması səbəb olub.

Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib.

Seymur Əli