Şəmkirin Zəyəm qəsəbəsində “QAZel” markalı avtomobil maneəyə çırpılıb.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 1984-cü il təvəllüdlü Mahir Hacıyev və 1993-cü il təvəllüdlü Mehman Qasımov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.