Bakının Yasamal rayonunda minik avtomobili yanıb.

"Unikal" xəbər verir ki, hadisə Yeni Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.

"Kia Optima" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.