Bakıda parkdan meyit tapılıb.

"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Rayonun A.Hüseynov küçəsi, 10 ünvanında yerləşən parkda naməlum kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini 42 yaşlı Ülvi Vahid oğlu Bayramov olması müəyyən edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.