Misli Premyer Liqasının 8-ci turunun "Araz-Naxçıvan" - "Səbail" matçının yeri dəyişdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Oyun Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək. Buna səbəb “Liv Bona Dea Arena”nın qazonunda aparılan renovasiya işləri ilə əlaqədar “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti olub. Peşəkar Futbol Liqasının təftişi və Əsasnamənin müvafiq bəndi ilə matçın Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena”da oynanılmasına qərar verilib.
Qeyd edək ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də, saat 19:00-da başlayacaq.