Fransa millisinin və "Arsenal"ın (London) sabiq hücumçusu Tyerri Anri müasir futboldakı sıx təqvimdən şikayət edib.
"Unikal" xəbər verir ki, o, Britaniya mediasına müsahibəsində deyib:
"Onlar həddindən artıq çox oyun oynayırlar. Dünyanın ən yaxşı oyunçularına heyvan kimi yanaşırlar. Əvvəlki illərlə müqayisədə builki Avropa çempionatı sizin xoşunuza gəldi? Ən yaxşı oyunçuların əksəriyyəti meydanda yorğun görünür. Onların bir çoxu sanki oyun sevincini itirib”.
Qeyd edək ki, Avropanın bir çox tanınmış mütəxəssisi (başda Xosep Qvardiola olmaqla) FİFA və UEFA-nın oyunların sayını çoxaltmasından narazılıq ifadə edib və bunun futbolçuların tez-tez zədə almasına, yorulmasına gətirib çıxardığını deyib.