UEFA Avropa Liqasının rəsmi "Instagram" hesabı təmsilçimiz "Qarabağ"la bağlı maraqlı paylaşım edib.

"Unikal" xəbər verir ki, səhifədə "Qarabağ"ın indiyədək avrokuboklarda vurduğu qolların videoçarxı təqdim edilib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi bu gecə UEFA Avropa Liqasının Liqa mərhələsinin birinci turunda İngiltərənin "Tottenhem" klubunun qonağı olacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.