Bosniyalı futbolçu Miralem Pyaniçin yeni klubu rəsmiləşib.
"Unikal" xəbər verir ki, o, karyerasını Rusiyanın SSKA klubunda davam etdirəcək. 34 yaşlı yarımmüdafiəçi Moskva təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. O, Rusiya klubuna azad agent kimi keçib və illik 1 milyon avro+bonus qazanacaq.
Qeyd edək ki, Miralem Pyaniçin son klubu "Şarjah" (Birləşmiş Ərəb Əmirlikləri) olub. O, karyerası ərzində "Metz", "Lion", "Roma", "Yuventus", "Barselona", "Beşiktaş"da da oynayıb.