Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Unikal"  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Nenad Beliça çalışdıracaq.

Xorvatiyalı mütəxəssis bu vəzifədə Sergey Yakiroviçi əvəzləyib. 53 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb. O, 2018-2020-ci illərdə də  "Dinamo"nu çalışdırıb.

“Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.  Komanda Çempionlar Liqasının Liqa mərhələsində "Bavariya"ya 2:9 hesabı ilə uduzduğu oyundan sonra isə Sergey Yakiroviç istefaya göndərilib.