“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Klubdan "Unikal"a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi ötən ili "Qəbələ"də keçirmiş Rəşad Əzizli ilə mövsümün sonunadək müqavilə imzalayıb.

30 yaşlı qapıçı “kimyaçılar”da 94 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” indiyədək Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias, Miloş Miloviç və Giorgi Karaişvilinin keçidini reallaşdırıb.