Misirdə yeni prezidenti də Mübarəkin ardınca göndərirlər?
21:02 28-06-2013
İQTİSADİYYAT
Misirdə yeni prezidenti də Mübarəkin ardınca göndərirlər?
Məhəmməd Mursi ətrafında cərəyan edənlərin pərdəarxası
Misir prezidenti Məhəmməd Mursinin əleyhdarları Qahirədə Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq, hakimiyyətə qarşı şüarlar söyləyiblər.
İyunun 26-da ölkənin Mansur şəhərində prezidentin tərəfdarları ilə əleyhdarları arasında baş vermiş toqquşma nəticəsində 3 nəfər həlak olub, iki yüzdən çox insan yaralanıb.
Mənbənin məlumatına əsasən, həftənin bazar günü Misirin bir neçə şəhərində keçiriləcək kütləvi etiraz aksiyası keçiriləcək. Bu məqsədlə həmin bölgələrə əlavə ordu qüvvəsi yerləşdirib.
Ölkədəki siyasi gərginlik üzündən adi vətəndaşlar ərzaq və yanacaq ehtiyatı görür.
Elə dünən Misir prezidenti Məhəmməd Mursi hakimiyyətinin birinci ildönümü münasibəti ilə millətinə telemüraciət edib.
O, müraciətində deyib: "Qarşınızda apaçıq sözlə başlayıram. İslahatlara üçün köklü dəyişikliklərin gerçəkləşdirilməsi lazımdır. Böyük yola çıxmışıq, ancaq qarşımızda bir sıra çətinliklər də durur. Sizlərdən istədiyim bu vətənin maraqlarının çatışmazlıqlarına birlikdə əlac etməkdir. İstədiyimiz təkcə budur. İnqilabın həm daxildə, həm də xaricidə düşmənləri var".
Xarici informasiya vasitələrinin məlumatına görə, çıxışınadək Qahirənin mərkəzi meydanı onun əleyhdarları ilə dolub.
Xatırladaq ki, Misirin beşinci prezidenti Məhəmməd Mursi Misirdə uzun müddət davam edən vətəndaş müharibəsindən sonra hakimiyyətə gəldi.Hüsnü Mübarəkin xalq inqilabı ilə devrilməsindən sonra Misir prezidenti postuna əyləşən Mursini bu vəzifədə ilk gündən çətin anların gözləyəcəyini hamı bilirdi. Çünki ölkədə 1 ildən artıq müddətdə davam edən vətəndaş müharibəsi, sonra xalqın azğınlaşdığı və inamının sıfıra endiyi bir vaxtda nə prezident seçilmək, nə də bu postda davam gətirmək bir o qədər də asan deyildi.
Baş tutan seçkilər və nəticələrin açıqlanmasında yaranan problemlər Mursini ruhdan salmadı. Hətta andiçmə mərasimində belə, onun yanında düşmənləri, yəni hərbi rəhbərlər dayanmışdı. Bu o rəhbərlər idi ki, hansıkı həmin ərəfədə Misirdə inqilab edən bir dəstənin tərkib hissəsini təşkil edirdilər.
Misirdə yeni prezidentə qarşı münasibət başından bəri birmənalı deyil. Bunun əsas səbəbi isə Məhəmməd Mursinin "Müsəlman qardaşları" cəmiyyətinin fəal üzvü olmasındadır. Çoxları Mursini Misiri radikal islam ölkəsi elan edəcəyindən çəkinirlər.
Rəqiblərində Məhəmməd Mursiyə qıcıq yaradan səbəblər əslində az deyil. Mursi başqa prezidentlərə bənzəmir. O adi vətəndaş kimi geyinir, varlı deyil, məscidə tez-tez gedir və rəsmi geyimlərdən istifadə etmir.
Misirin Mübarəkdən sonrakı lideri Məhəmməd Mursi 1951-ci ilin avqustunda Misirin Şərqiyə vilayətində anadan olub. İlk təhsilini doğulduğu şəhərdə alıb. Daha sonra
Qahirə universitetində mühəndislik ixtisası üzrə bakalavr və magistr dərəcələri alıb.
1982-ci ildə Cənubi Kaliforniya Universitetində doktorluq disertasiyası müdafiə etdikdən sonra, 1985-ci ilə qədər elə həmin universitetdə müəllim işləyib. Həmin ildə Mursi Misirə qayıdaraq fəaliyyətini öz ölkəsində, Əz-Zəkəriyya universitetində davam etdirməyə başlayır. 1992-ci ildən etibarən o vaxtlar Misirdə qadağan edilən "Müsəlman qardaşları"cəmiyyətində üzv olur və cəmiyyətin bütün dərnəklərində fəal iştirakı ilə seçilməyə başlayır.
2000-2005-ci illər ərzində isə Mursi Misir parlamentinin aşağı palatasının deputatı vəzifəsində çalışıb. 2006-cı ildə hökumət əleyhinə təşkil edilən mitinqdə fəal iştirakına görə, Mursi 7 ay ərzində azadlıqdan məhrum edilib.
Məhəmməd Mursi hazırda evlidir. 1 qızı, 4 oğlu və 3 nəvəsi var.
2011-ci ildə Misirdə hökumət əleyhinə başlayan çıxışlarda "Müsəlman qardaşları" cəmiyyəti üzvləri fəal iştirak etməyə başladı. Sonra aksiyaları cəmiyyət lideri Məhəmməd Mursi olan "Azadlıq və Ədalət" partiyası təşkil edir. Bu partiya Mursinin rəhbərliyi ilə qısa zaman ərzində ölkədə radikal islamçıların dəstəyini qazanır.
2012-ci may ayında Misirdə baş tutan seçkilərin birinci mərhələsində 5 milyondan artıq səs toplayaraq ikinci mərhələyə keçid alır. İyunun 16-17-si tarixlərində baş tutan ikinci turda isə rəqibi Əhməd Şəfiqdən çox səs toplaraq ölkənin prezidenti seçilir.
Məhəmməd Mursi hakimiyyətə gəldiyi ilk dövrdən öz sadəliyi ilə diqqəti cəlb etməyi bacardı.
Posta əyləşdiyi gündən etibarən prezident sarayın dəbdəbəsini azaltmağı, özü Qahirə yollarından keçərkən digər küçələri, nəqliyyatı dayandırmamağı və saray işçilərinin normal qidanlanmalarına göstəriş verdi.
Çoxları Mursinin yaşadığı həyat tərzini Camal Əbdül Nasirin həyatına bənzədirlər. Ekspertlər Mursinin özünü Nasirə oxşatdığını istisna etmirlər. Mursinin həyat yoldaşı Nəcla Mursi də Camal Əbdül Nazirin həyat yoldaşı kimi siyasi və ictimai fəaliyyətdən uzaq olacağını deyib. Amma bu fəallıq ötən müddətdə diqqətə çarpmayıb.
Məhəmməd Mursi prezidentliyi dövrdə Misirdə əmək haqqlarının artmasını, İsrail ilə olan soyuq münasibətin aradan qaldırılmasını, yeni iş yerlərinin açılmasını, Misirin Avropa Birliyi təşkilatı ilə müsbət əlaqələr qurmasını xalqa söz vermişdi.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05