Turizm sahəsi ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verməklə yanaşı, tarixi-mədəni irsimizin və müxtəlif sahələrdə əldə etdiyimiz nailiyyətlərin beynəlxalq platformalarda təqdim edilməsi baxımından da əhəmiyyətli rola malikdir.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”dəki hesabında yazıb.
“Bu gün ölkəmizdə Turizm İşçiləri Günü qeyd olunur. Bu münasibətlə turizm sektorunun təmsilçilərinə təbriklərimizi çatdırır, uğurlar və yeni nailiyyətlər arzulayırıq”, - nazir əlavə edib.