İtaliya A seriyası komandalarından “Kalyari”nin sabiq futbolçusu Andrea Kaponi dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, 43 yaşlı sabiq yarımmüdafiəçi ötən gün gecə klubunda olub, səhər isə otel otağında ölü tapılıb.
Futbolçunun kəllə-beyin travması səbəbindən vəfat etdiyi ehtimal olunur.
Qeyd edək ki, Kapone 2000-2007-ci illərdə “Kalyari”də oynayıb. O, kariyerasını 2010-cu ildə bitirib.