UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Qarabağ" - "Malmö" (İsveç) matçına 18000 bilet satılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, qarşılaşma oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.