İrandan İsrailə 400-ə yaxın raket atılıb.

"Unikal" xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə raket hücumunu HƏMAS Siyasi Bürosunun rəhbəri, Hizbullahın baş katibi və Əl-Qüds Qüvvələrinin komandirinin ölümünə görə qisas adlandırıb.

İranın BMT-dəki daimi nümayəndəliyindən isə bildirilib ki, İran İsrailə hücumunu ölkənin suverenliyinin pozulmasına legitim cavab hesab edir.

*** 20:48

İran İsrailə yüzdən çox raket atıb.

"Unikal" xəbər verir ki, bütün İsrail ərazisində hava hücumu xəbərdarlığı elan edilib.