"Onun yanına ürəkdən getmədim. İnsanın zəng vurub təkidlə ağlamağı və xanımımın deməyi ki, onun heç kimi yoxdur, get. Dedi ki, get və layiqincə get".

"Unikal" xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Tarixin bir günü" verilişində deyib. İfaçı keçmiş həyat yoldaşı, hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın yanına getməsindən danışıb:

"Təranənin yanına getdiyimi paylaşıram. Çünki Təranə elə adamdır ki, sabah çıxanda gözünün qabağında olsun. Heç olmasa düşünsün ki, onu vurdum, pisliklər etdim, evini, ruzisini yıxdım, cadu etdim, amma mənə yaxşılıq etdi. Həbsdən çıxandan sonra mənə pislik etməsin. Onu alıb xanım etmişəm. Məndən boşanandan sonra da gedib ailə qurardı, axmaq mən oldum. Sevmədim, ona öyrəşdim. 

Təranə qəlbimin divarını, damını dağıdan da heç nə düşünmədi. Dedi, Kərimi məhv etməliyəm. Məni Təranə o qədər vurdu ki... Həbsə girənə kimi vurdu məni. Allaha əlimi açdım və dedim ki, elə et ki, Təranəni mənə möhtac et. Etdi də".